...

Azərbaycanın 50-yə yaxın müharibə əlili Türkiyəyə səfər edib (FOTO)

Cəmiyyət Materials 12 May 2022 15:48 (UTC +04:00)
Azərbaycanın 50-yə yaxın müharibə əlili Türkiyəyə səfər edib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"YAŞAT" Fondu və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası “Çiyin-çiyinə bir yumruq kimi” layihəsini reallaşdırır.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 12 may tarixində 50-ə yaxın müharibə əlili Türkiyənin Alanya şəhərinə səfər edib.

Məqsəd "YAŞAT" Fondunun və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi , Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (ƏAQF) və “Alanyaspor” futbol klubunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Çiyin-çiyinə bir yumruq kimi” layihəsində iştirakdır.

19 may tarixinə qədər davam edəcək layihə çərçivəsində qazilərimizin “Alanyaspor” futbol klubunun prezidenti ilə görüşü, həmçinin şəhərin müxtəlif tarixi və mədəni yerləri ilə tanışlığı nəzərdə tutulur. Qeyd olunan müddətdə mədəniyyətlərin və təcrübələrin mübadiləsi məqsədi ilə müxtəlif tədbirlər təşkil olunacaq.

Səfər çərçivəsində qazilərimiz "Alanyaspor-Qaziantepspor" futbol maçını canlı izləmək imkanı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti