...

Təhsilin İnkişafı Fonduna sədr təyin edilib

Cəmiyyət Materials 12 May 2022 16:09 (UTC +04:00)
Təhsilin İnkişafı Fonduna sədr təyin edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu İdarə Heyətinə sədr təyin edilib.

Trend-in məlumatına görə bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Təhsil nazirinin müşaviri Elnur Nəsibov Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev 2021-ci il iyulun 14-də "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında" Fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti