...

Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir - Rauf Əliyev

Cəmiyyət Materials 14 May 2022 17:41
Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir - Rauf Əliyev

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10-12 may 2022-ci il tarixində Azərbaycanın Mədəniyyət paytaxtı olan Şuşa şəhərinə növbəti səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva ilə birlikdə bir çox mühüm tədbirlərdə iştirak etmişdir. Cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tarixi - mədəniyyət abidələri olan Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri, Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə, məşhur tarzən sadıqcanın evinin bərpası işləri ilə, Şuşadakı İnzibati binada və Şirin su hamamında aparılan bərpa işləri ilə tanış olublar və “Şhusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olublar. Cənab Prezident Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açlışında iştirak edib. Elektroenergetika sahəsində ilk dəfə olaraq, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi yarımstansiyasının qəza hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpaolunan enerji mənbəyindən istifadə tətbiq edilib, texniki-iqtisadi göstəricilər yüksəlib, avadanlıqların fasiləsiz qidalanması təmin olunub.

Səfər çərçivəsində baş verən mühüm hadisələrdən biri cənab Prezident İlham Əliyevin “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısında ulu öndər Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar müraciəti olub. Müraciətdə qeyd olunmuşdur ki, Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Xalqımız üçün ən çətin anlarad xalqın yanında olmuşdur. Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas etmişdir.O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan xalqı, Şanlı Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin arzusunu yerinə yetirdi. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır.

Səfər çərçivəsində cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışında iştirak ediblər. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən müsiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edirlər. Festivalda müxtəlif dünya xalqlarının nümayyəndələri, Azərbaycanda yaşayan çoxsaylı xalqların nümayəndələri ilə birlikdə şıxış edərək bir daha Azərbaycandan-Şuşadan bütün dünyaya mesaj verərək bildirirlər ki, Azərbaycanda bütün xalqların və dini icmaların nümayəndələri dostluq, həmrəylik şəraitində yaşayırlar və bu cür yaşamaq və inkişaf etmək lazımdır. Azərbaycan elə nadir ölkələrdən biridir ki, bu gün həm ölkə daxilində, həm də beynəlxalq aləmdə, multikulturalizmi, müxtəlif xalqların birgəyaşayışını təbliğ edir və bunun mümkünlüyünü bir daha əldə etdiyi uğurları ilə göstərir. Azərbaycanın “Mədəniyyət paytaxtı”, TÜRKSOY un 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etdiyi Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mühüm siyasi və mədəniyyət hadisəsidir.

Rauf Əliyev

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti