...

“Bakı Marafonu-2022”nin qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 15 May 2022 15:41 (UTC +04:00)
“Bakı Marafonu-2022”nin qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Bakıda “Bakı Marafonu-2022”nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, kişilər arasında birinci, ikinci və üçüncü yerləri Rusiya idmançısı Rinas Əhmədiyev, Türkiyə idmançısı Ömər Alkan və Çexiya idmançısı Vladimir Marçik tutublar.

Qadınlar arasında isə birinci yeri ukraynalı Valentina Veretskaya, ikinci yeri Türkiyə idmançısı Dilek Öztürk, üçüncü yeri isə ukraynalı idmançı Valentina Poltavskaya tutublar.

Yarış iştirakçıları bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, iştirakdan məmnun qaldıqlarını bildiriblər. Həmçinin, onlar Azərbaycan paytaxtının sakinlərinin böyük dəstəyini qeyd ediblər.

İdmançılar gələcəkdə Bakıda keçiriləcək analoji yarışlarda iştirak etmək arzusunda olduqlarını bildiriblər.

Qeyd edək ki, mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə V Bakı Marafonu təşkil olunub.

“Bakı Marafonu 2022”də iştirak etmək üçün 15 minə yaxın iştirakçı qeydiyyatdan keçib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar var.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib.

Marşrutunun uzunluğu 21 kilometr olan “Bakı Marafonu-2022” Dövlət Bayrağı Meydanında başlayıb və başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti