...

MDU əməkdaşları turizmlə bağlı “Təlimçilər üçün təlim” proqramında iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 25 May 2022 10:55
MDU əməkdaşları turizmlə bağlı “Təlimçilər üçün təlim” proqramında iştirak ediblər (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrasının əməkdaşları Cəlil Bağırov və Səadət Yusibova Dövlət Turizm Agentliyinin (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) regional ofisi Gəncə Destinasiya Menecmenti Təşkilatının (Gəncə DMT) təşkilatçılığı ilə keçirilən dörd günlük "Təlimçilər üçün təlim" proqramında iştirak ediblər.

Mayın 22-də başa çatmış təlim proqramı çərçivəsində iştirakçılara ehtiyacların müəyyən edilməsi və təlim mövzularının strukturunun hazırlanması metodları, təlim texnologiyaları, təlimin dizaynı, təlimdən əvvəl və sonrakı qiymətləndirmə və digər modullar barədə məlumatlar verilib.

Diqqətə çatdırılıb ki, təlim proqramı turizm sənayesində çalışanların maarifləndirilməsi üçün yerli mütəxəssislərdən ibarət ekspertlər şəbəkəsinin yaradılması məqsədi daşıyır. Bildirilib ki, “Yerli Ekspertlər Şəbəkəsi" Gəncə DMT tərəfindən kooridinasiya ediləcək. Yerli təlimçilər turizm sənayesinin ehtiyaclarına uyğun olaraq beynəlxalq standartlar səviyyəsində xüsusi təlim kurslarından keçərək, əsas iş yerlərindən ayrılmadan, ödənişli əsaslarla təlimlər verəcək.

Sonda hər bir iştirakçının seçdiyi mövzuda təqdimatları dinlənilib və müvafiq qiymətləndirilmə aparılıb. MDU-nun hər iki əməkdaşı təlimi uğurla başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti