...

Bəzi küçələrdəki sıxlığa görə avtobuslar gecikir

Cəmiyyət Materials 22 İyun 2022 14:46 (UTC +04:00)
Bəzi küçələrdəki sıxlığa görə avtobuslar gecikir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Hal-hazırda paytaxtın Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrindən 3-cü mkr. dairəsi istiqamətində müşahidə olunan sıxlıq səbəbindən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 165, 199, 205 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, avtobuslar gecikmə və uzunmüddətli intervalla hərəkət edirlər.

Gecikmələr təxminən 16-20 dəqiqə aralığındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti