...

Baş prokuror 39 vətəndaşın problemi ilə bağlı tapşırıq verdi (FOTO)

Cəmiyyət Materials 5 İyul 2022 17:02 (UTC +04:00)
Baş prokuror 39 vətəndaşın problemi ilə bağlı tapşırıq verdi (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 5-də Baş prokuror Kamran Əliyev İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Saatlı, Sabirabad və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 39 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Kamran Əliyev Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Saatlı, Sabirabad və Cəbrayıl rayon prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti