...

Hazırda Bakıda 125 avtobus gecikmə ilə hərəkət edir (FOTO)

Cəmiyyət Materials 5 İyul 2022 19:24 (UTC +04:00)
Hazırda Bakıda 125 avtobus gecikmə ilə hərəkət edir (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu dəqiqələrdə bəzi küçə və prospektlərdə müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkıt intervalında gecikmələr müşahidə olunur.

Vahid Dispetçer Xidmətindən Trend-ə verilən məlumata əsasən, ümumilikdə 42 müntəzəm marşrut xətti üzrə 125 avtobus gecikmə ilə hərəkət edir.

1. Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekologiya postuna qədər hissədə 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 199 və 135 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-18 dəqiqə gecikmə müşahidə olunur.

2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində sıxlıq səbəbindən həmin ərazidən keçən 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-20 dəqiqə gecikmə var.

3. Akademik Həsən Əliyev küçəsi – hər iki istiqamətdə (Tbilisi pr və Koroğlu Rəhimov küç) 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-12 dəqiqə gecikmə qeydə alınıb. müşahidə olunur.

4. Binəqədi şossesi – Binəqədi istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli li müntəzəm marşrut xətlərindəki avtobuslar intervallarda 13-18 dəqiqə gecikmə ilə hərəkət edir.

5. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində baxmayaraq ki, avtobus zolağı var lakin, 5, 6, 53, 88, 125, 127 və 205 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.

6. Zabrat Şossesi - Maştağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqəyə gecikmə var.

7. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıqla əlaqədar 13 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 11-18 dəqiqə gecikir.

8. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-22 dəqiqə gecikmə müşahidə olunur.

9. 28 May küç - Azadlıq pr - Zərifə Əliyeva küç sıxlıq səbəbindən də həmin ərazidən keçən 5, 88, 125 və 127 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-22 dəqiqəyə gecikmə var.

10. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində 11 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-18 dəqiqəyə gecikmə müşahidə olunur.

11. Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağirov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) 1, 2, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-18 dəqiqə gecikimə var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti