...

Üzgüçülük hovuzlarında gigiyenik qaydalara necə əməl olunur?

Cəmiyyət Materials 5 Avqust 2022 14:45 (UTC +04:00)
Üzgüçülük hovuzlarında gigiyenik qaydalara necə əməl olunur?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yay aylarında hovuza, üzgüçülük məkanlarına üz tutanların da sayı artmağa başlayır.

Azərbaycanda həm istirahət mərkəzləri, həm də idman sağlamlıq komplekslərində fəaliyyət göstərən hovuzlardan kifayət qədər insan istifadə edir.

Qayadalara əsasən istirahət mərkəzləri və idman-sağlamlıq komplekslərindəki hovuzlar axşam saat 20:00-dan sonra səhər saat 09:00-a qədər təmizlənməli, xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilməlidir.

Bakıda fəaliyyət göstərən bir neçə hovuz sahibləri Trend-ə bildirdilər ki, hovuzların suyu daimi təmizlənir.

"Bizim hovuzlarda su dayanmır, daim dövr edir. Dövr edən su hər an xüsusi avadanlıqlarla filtrizasiya edilir və hovuzun suyu təmizlənir. Bundan başqa, Bakı Su İdmanı Sarayının hovuzlarındakı su hər gün xüsusi təmizləyici maddə ilə təmizlənir və bu da suda müxtəlif xəstəliklərin qarşısını alır".

Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 01.11.2015-ci il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanuna əsasən, istirahət mərkəzləri sahibkarlıq subyekti olduqları üçün həmin obyektlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hər hansı bir nəzarət tədbirləri və monitorinqlər aparılmır.

Əgər sahibkarlıq subyektindən şikayət daxil olarsa, Ədliyyə Nazirliyinə müraciət olunur.

Ədliyyə Nazirliyinin icazəsi olduğu təqdirdə müayinələr götürülür və monitorinqlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti