...

Tədris ilinin başlaması ilə əlaqədar avtovağzallar gücləndirilmiş iş rejiminə keçməyəcək

Cəmiyyət Materials 13 Sentyabr 2022 16:55 (UTC +04:00)
Tədris ilinin başlaması ilə əlaqədar avtovağzallar gücləndirilmiş iş rejiminə keçməyəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni tədris ili iki gün sonra başlayır. Xüsusilə, ali məktəblərin açılması ilə əlaqədar olaraq paytaxta daha çox sərnişin axınının olacağı güman edilir.

Bəs, Bakı Beynəlxalq Avtovağzal Kompleksi yeni tədris ilinin başlanması ilə əlaqədar necə işləyəcək?

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, tədris ilinin başlanması ilə əlaqədar avtovağzalların gücləndirilmiş iş rejiminə keçilməsi nəzərdə tutulmayıb.

Bildirilib ki, sərnişin axını artdıqca avtobusların sayı artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti