...

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Qalağan kəndində səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2022 14:40 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Qalağan kəndində səyyar qəbul keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qalağan kəndində səyyar qəbul keçirib. Qəbulda Qalağan İnzibati Ərazi Dairəsinə daxil olan Hacılar, Sayad, Keymərəz, Ərəb və Məmmədxanlı kəndlərinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra vətəndaşların müraciəti və təklifləri dinlənilib. Sakinlər suvarma kanallarının təmizlənməsi, məktəb binasının yenilənməsi, kəndlərarası yolların təmiri, rabitə və internet kimi məsələləri gündəmə gətiriblər.

Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll edilib.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti