...

Sumqayıt-Bakı qatarlarında havalandırma niyə işləmir? - ADY-dən açıqlama

Cəmiyyət Materials 6 Oktyabr 2022 12:34 (UTC +04:00)
Sumqayıt-Bakı qatarlarında havalandırma niyə işləmir? - ADY-dən açıqlama

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saat 08:15 radələrində Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən 6008 nömrəli elektrik qatarının havalandırma sistemində fasilələr baş verib.

Trend xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları”ndan (ADY) bildirilib.

Qurumdan bildirilib ki, ADY bu hadisə və sərnişin sıxlığını aradan qaldırmaqla bağlı atılacaq addımlara dair yaxın saatlarda açıqlama yayacaq.

Xatırladaq ki, bir neçə gündür ki, “Azərbaycan Dəmir Yolları”nın qərarı ilə Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə sıxlığın daha çox olduğu əsas gətirilərək Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarı Sumqayıt-Pirşağı-Bakı istiqamətinə yönləndirilib. Bu da Sumqayıt-Xırdalan-Bakı qatarında sərnişin sıxlığını artırıb. Bu gün səhər saatlarında Xırdalan-Bakı qatarında sərnişin sıxlığı və havalandırma sisteminin olmaması səbəbindən 1 nəfərin səhhətində problem yaranıb.

Bununla bağlı sərnişinlər stansiya rəhbərliyinə etiraz ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti