...

AzMİU əməkdaşları Avropa universitetləri ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2022 12:16 (UTC +04:00)
AzMİU əməkdaşları Avropa universitetləri ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Slovakiyanın Poprad şəhərində “Yolların idarə edilməsi STRAHOS” layihəsi çəçivəsində 19-cu seminar keçirilib. Seminar Slovakiya Dəmir Yolları ilə əməkdaşlıq çərçivəsində Zilina Universitetinin İnşaat mühəndisliyi fakültəsi tərəfindən təşkil olunub. Seminarda Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) İctimaiyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov, Nəqliyyat və Logistika kafedrasının baş müəllimləri Nizami Əhmədоv və Rövşən Sədiyev, AzMİU-nun tabeliyində fəaliyyət göstərən İnşaat Kolecinin direktoru Namiq Ağamalıyev və direktor müavini İsmayıl Qarayev təmsil ediblər.

Dəmir yolu üzrə bir sıra aktual məsələnin müzakirə olunduğu seminarda infrastrukturun, dəmir yolu relsləri və stansiyalarının istismar müddətinin uzadılması, konstruksiya və struktur elementlərinin modernləşdirilməsi, saxlanması, eləcə də təmiri ilə bağlı təqdimatlar edilib.

Seminarda AzMİU ilə yanaşı Sileziya Universiteti, Çex Texniki Universiteti, Brno Texnologiya Universiteti və Zilina Universitetinin nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, “Yolların idarə edilməsi STRAHOS” layihəsinin məqsədi iştirakçı universitetlərdə elmi tədqiqat və tədris prosesinin müxtəlifliyinə və miqyasına müsbət təsir göstərməkdir. Layihənin iştirakçı universitetlərin mənsub olduğu ölkələrdə dəmir yolu infrastrukturunun planlaşdırılması, layihələndirilməsi, idarə edilməsi üçün qanunvericilik, inkişaf və texniki həllər haqqında məlumatlılığın artırılmasına töhfə verəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti