Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Nərəcan İnzibati Ərazi Dairəsinə daxil olan Çiləgir kəndində səyyar qəbul keçirib.
Qəbulda Çiləgir kəndi ilə yanaşı Nərəcan, Ağtala, Sabiroba, Mürşüdoba və Mənçəroba kəndlərinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə Çiləgir kənd tam orta məktəbinin həyətində şəhid Əfqan Yəhyayevin büstünü ziyarət edib.
Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər .
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər qaz təchizatı, su, məktəb və tibb məntəqəsinin təmiri eləcədə digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə
həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
minnətdarlıqlarını ifadə ediblər.
Sonda Vətən müharibəsinin iştirakçılarına təltif olunduqları medallar təqdim olunub.