...

Müəllimlərin hamısı 4 il ərzində serfitikasiyadan keçiriləcək - Nazir

Cəmiyyət Materials 15 Dekabr 2022 10:54 (UTC +04:00)

Bakı. Trend:

Müəllimlərin sertifikasiyadan keçmə nəticələri qənaətbəxş deyil. Şagirdlərin 30-35 faizi ibtidai sinifə gələndə onlara savadlı müəllimlər dərs demir. Bu faiz isə 50 minə yaxın şagird deməkdir. Təssəvür edin 10 il müddətə bu rəqəm nə qədər olacaq.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, müəllimlərin hamısı 4 il ərzində serfitikasiyadan keçiriləcək. “Hesab edirəm ki, müəllimlərin sayında da balans tapmalıyıq. 4 ibtidai sinifdə 16 müəllim olmağı doğru deyil. Eyni zamanda biz düşünməliyik sosial tələblə təhsil tələbi arasında hansı balans tapaq”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti