...

Parklarda və əyləncə mərkəzlərində atraksionlarla bağlı yoxlamalar aparılır

Cəmiyyət Materials 28 Dekabr 2022 12:51 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend

Parklarda və əyləncə mərkəzlərində olan istismar müddəti bitmiş atraksionlar təkrar yoxlamalardan keçməsi sahibkarlar tərəfindən mütləq aparılmalıdır.

Trend xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ- Mədən Nəzarəti Nəzarəti Dövlət Agentliyinin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsizlik görülməsində nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov jurnalistlərə keçirilən təlimdə deyib.

O bildirib ki, müfəttişlik tərəfindən parklarda və əyləncə mərkəzlərində atraksionlarla bağlı yoxlamalar aparılır:

"Parklarda olan atraksionların bir çoxunun istismar müddəti bitir. Bu o demək deyil ki, həmin atraksion sökülür. Müəyyən yoxlamalar və müayinələr aparılır. Onun növbəti müddət üçün yararlı olub, olmadığı müəyyən edilir .Yoxlamaların nəticəsindən aslı olaraq atraksionların faliyyətinə icazə verilir. Təhlükəsizliklə bağlı sertifakatlar alınandan sonra həmin atraksionların fəaliyyət göstərməsi məqsədə uyğun hesab edilir. Yoxlama zamanı atraksionla bağlı təhlükəli hal varsa, dərhal onun fəaliyyəti dayandırılır".

S.Mənsimov bildirib ki, sahibkar tərəfindən də təhlükəsizlik cihazları gündəlik yoxlamalıdır:

"Tərəfimizdən də bu cür məsələlər parklarda və əyləncə mərkəzlərində yoxlanılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti