...

DTX əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar

Cəmiyyət Materials 20 Yanvar 2023 11:46 (UTC +04:00)
DTX əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar

Bakı. Trend:

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsini dərin ehtiramla yad etmiş, məzarlarına qərənfillər düzmüşlər.

Sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.

Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunmuşdur.

Xəbər lenti

Xəbər lenti