...

Marketdə vitrində göstərilən qiymətlə kassadakı qiymət fərqlənərsə, nə etməliyik?

Cəmiyyət Materials 3 Fevral 2023 15:25 (UTC +04:00)
Marketdə vitrində göstərilən qiymətlə kassadakı qiymət fərqlənərsə, nə etməliyik?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son dövrlər marketə məhsul almağa daxil olan alıcı vitrində gördüyü qiymətlə kassada qarşılaşdığı məbləğ arasında fərqin şahidi olur.

Bu cür hallarla qarşılaşdığı zaman alıcı nə etməlidir?

Məsələ ilə bağlı Trend-ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, belə hallar illərdir davam edir.

"Bazar iqtisadiyyatında qiyməti dövlət tərəfindən tənzimlənməyən malı sahibkarlar istədiyi qiymətə satır. Bəzi biznesmenlər də bundan sui-istifadə edir. Kartla ödəniş zamanı da vətəndaşların aldadıldığı hallara rast gəlinir. Belə ki, alınan məhsulun yerinə fərqli bir malın qiyməti vurulur. Bu hal o qədər geniş vüsət alıb ki, bizim quruma gün ərzində onlarla belə müraciət daxil olur. Hesablamamıza görə, bu cür yolla aldadılan vətəndaşlardan bir ildə 500 milyon manat məbləğində pul mənimsənilir", - o deyib.

Ekspert qeyd edib ki, vətəndaş belə halla qarşılaşdığı zaman mağaza sahibinə şikayət edərək qiymətin yerindəcə dəyişdirilməsinə nail olmalıdır.

"Əgər alıcının iradına əməl olunmazsa, o, 195-1 nömrəli İqtisadiyyat Nazirliyinin qaynar xəttinə müraciət edə bilər", - deyə E.Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti