...

6 aylıq uşağımı adyala büküb zorla binadan çıxa bildim - Zərərçəkən

Cəmiyyət Materials 13 Fevral 2023 11:44 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə baş verən zəlzələ nəticəsində yaşadığımız bina gözümüzün qarşısında uçdu.

Bunu Trend-ə açıqlamasında Türkiyədəki zəlzələdən zərər çəkmiş Ülviyyə Həsənova deyib.

O bildirib ki, övladını binadan zorla çıxarıb: "Gecə saat 4 radələrində hər şey qəfil oldu. Bina gözümüzün önündə uçdu. 6 aylıq uşağımı adyala büküb zorla binadan çıxa bildim. Azərbaycana gəlməsəydik, bəlkə də vəziyyətimiz daha pis olardı. Canımızı götürüb qaçdıq. Allah yardım edən hər kəsə kömək olsun. Azərbaycan Prezidenti İlham Əliyev var olsun ki, bizim Bakıya gəlməyimizə şərait yaratdı. Hazırda bizi həkim nəzarətində saxlayırlar. Uşağım 6 aylıqdır", - zərərçəkən deyib.

Qeyd edək ki, Türkiyədə ağır zəlzələdə yaralanan 10 uşaq Azərbaycana gətirilib. Onlardan 6-sı oğlan, 4-ü isə qızdır. Onlar Elmi Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib. Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti