...

Abşeron rayonunda qanvermə aksiyası keçirilib

Cəmiyyət Materials 13 Fevral 2023 22:57 (UTC +04:00)
Abşeron rayonunda qanvermə aksiyası keçirilib

Bakı. Trend:

Abşeronda rayon mərkəzi xəstəxanası və Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən birgə qanvermə aksiyası keçirilib.

Trend xəbər verir ki, TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiya hemofiliya və talassemiya irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədi daşıyıb.

Mərkəzi xəstəxananın baş həkimi Azər İsmayılov qanvermə aksiyasına qoşulmaq üçün 500-dən çox insanın müraciət etdiyini bildirərək deyib ki, tibbi heyət tərəfindən sağlamlıq göstəriciləri əvvəlcədən təyin olunan 219 nəfərdən qan ehtiyatı götürülüb.

Qeyd edək ki, aksiyaya xəstəxananın tibbi və qeyri-tibb personalı, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların əməkdaşları, həmçinin digər rayon sakinləri könüllü olaraq qatılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti