Bakı. Trend:
I.ÜMUMİ MÜDDƏALAR
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 4 il
Müdafiə Nazirliyindən
Trend-ə verilən məlumata görə, yaş həddi: Cari ildə mülki
ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş,
qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan
Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23
yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul
edilirlər.
Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan kursantlar təhsil
müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 153 AZN
məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən
əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun
əlavələr edilir.
Heydər Əliyev adına Hərbi İnstitutun məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.
II. SƏNƏDLƏRİN QƏBULU
Heydər Əliyev adına Hərbi İnstituta qəbul olmaq istəyən namizədlər
1 aprel 2023-cü il tarixindən 30 aprel 2023-cü il tarixinədək ərizə
ilə Hərbi İnstitutun rektoruna müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış;
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap
edilmiş 2 nüsxədə);
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş
surəti (cari ilin məzunları üçün orta məktəbdən verilmiş
arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial
qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş
surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada
təsdiq edilmiş surəti (uşaq olduqda);
– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən)
verilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə
tərkibi və yaşayış yeri haqqında arayış;
– rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3x4 sm və 2 ədəd
4.5x6 sm ölçüdə;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya
qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq
ərizələri;
– elektrokardioqramma;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair
müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin
nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi
dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması
haqqında arayışlar.
İnstituta “Təyyarəçilik” ixtisası üzrə daxil olmaq istəyənlər
yuxarıda göstərilmiş sənədlərdən əlavə olaraq nəcisdə helmintlərin
yumurtalarının və lyambliyaların sistlərinin müayinəsinə dair tibbi
sənəd də təqdim etməlidirlər.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
III. HƏRBİ İNSTİTUTA QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA
KEÇİRİLİR
Namizədlər Heydər Əliyev adına Hərbi İnstitutda yaradılmış hərbi
həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim
komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul
komissiyası tərəfindən müraciət etmiş şəxsə bildirilir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması
Heydər Əliyev adına Hərbi İnstitut rektorunun sorğusuna əsasən
Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata
keçirilir.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı
qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə
göndərilir.
Heydər Əliyev adına Hərbi İnstituta qəbul üçün keçiriləcək qəbul imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı I ixtisas qrupunun fənləri üzrə keçirilir.
Namizədlər Heydər Əliyev adına Hərbi İnstituta Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39
nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali
təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na uyğun olaraq
mərkəzləşdirilmiş qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən həyata
keçirilən imtahanlarda əldə etdikləri nəticələr əsasında qəbul
edilirlər.
Sənədlər Heydər Əliyev adına Hərbi İnstitutda yaradılmış komissiya
tərəfindən qəbul olunur.
Ünvan: Bakı şəhəri, Polad Həşimov küçəsi 9 (əlaqə telefonu:
012-479-78-40).
Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər
Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə
telefonu: 036-544-00-15, 036-544-00-16).
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan
olunduqdan sonra əlavə olaraq bildiriləcək.
Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və
Heydər Əliyev adına Hərbi İnstitutun internet saytında
yerləşdiriləcək.
www.mod.gov.az
www.aahm.mod.gov.az