Bakı. Trend:
İnstitutların saytlarının yenilənməməsi maliyyədən aslıdır.
Trend-in məlumatına görə, bunu bu gün İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə keçirdiyi "Effektiv kommunikasiya" mövzusunda təlim-seminarda deyib.
O qeyd edib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaranmaması bir sıra problemlər yaradır.
“Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaranmaması da bu işdə problem yaradır. Yaxşı olardı ki, nazirlik saytların vahid mərkəzdən idarə edilməsinə dəstək olsun”, - deyə o əlavə edib.