Bakı. Trend
Hər il 21 fevral dünyada Beynəlxalq Bələdçilər Günü kimi qeyd olunur. Bu gün 1990-cı ildən Ümumdünya Turist Bələdçiləri Assosiasiyaları Federasiyası (WFTGA) tərəfindən bələdçilərin işinin əhəmiyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq məqsədilə qeyd edilir.
Trend xəbər verir ki, ölkəmizə səfər edən turistlərin xüsusi maraq göstərdiyi İçərişəhər və Qala qoruqlarında hazırda müxtəlif dillərdə 14 peşəkar bələdçi fəaliyyət göstərir.
2022-ci il ərzində İçərişəhər və Qala qoruqları ərazilərində 40 000-dən artıq ziyarətçiyə ekskursiya xidməti göstərilib.