...

Azərbaycan komandası 70 ölkə arasında birinci olub (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2023 19:52 (UTC +04:00)
Azərbaycan komandası 70 ölkə arasında birinci olub (FOTO)

Bakı. Trend:

Azərbaycanlı şagird və tələbələrdən ibarət beynəlxalq ingilis dili kursu olan Shane Academy komandası İstanbulda keçirilən Birləşmiş Millətlər Təşkilatının "Best Diplomats" debat yarışında 70 ölkə (ABŞ, Almaniya, İraq, Pakistan, Fransa, Nigeriya, Liviya, Ermənistan və s.) arasında birinci oldu. "Best Diplomats" müxtəlif ölkələrdən olan yeniyetmə və gənclərin debat aparmaq bacarıqlarını inkişaf etdirməsinə, haqlı saydıqları mövqenin qələbə qazanması üçün tutarlı arqument və dəlillər gətirməsi vərdişləri aşılayan beynəlxalq yarışdır.

Fevralın 24-26 tarixlərində İstanbulda keçirilən beynəlxalq yarışda 10 nəfərdən ibarət heyətlə iştirak edən Azərbaycan komandasının hər bir üzvü ayrı-ayrılıqda digər ölkələrdən olan yarışmaçılarla debatda qalib gələrək özlərinin dərin ingilis dili bacarıqları ilə yanaşı, yüksək səviyyədə debat aparmaq qabiliyyətlərini də nümayiş etdirib. Azərbaycanlı yarışmaçıların beynəlxalq miqyaslı layihə və yarışlarda əldə etdiyi bu uğur daha bir beynəlxalq platformada Azərbaycanın adının ucaldılmasına xidmət edir.

Xəbər lenti

Xəbər lenti