...

Ötən il Azərbaycana daxil olan avtomobillərin sayı açıqlanıb

Cəmiyyət Materials 17 Mart 2023 11:16 (UTC +04:00)
Ötən il Azərbaycana daxil olan avtomobillərin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il ərzində Azərbaycan dövlət sərhəddini keçən 6 131 600 şəxs və ya 1 284 000 nəqliyyat vasitəsi rəsimləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Onlardan ölkəyə girişdə 3 076 900 nəfər, çıxışda 3 054 700 nəfər qeydə alınıb. Nəqliyyat vasitələrinin girşi 646 100, çıxışı isə 637 900 avtomobil təşkil edib.

Ümumulikdə 319 nəfər saxta, 6 nəfər özgəsinə məxsus sənədlə və 1 nəfər gizli şəkildə dövlət sərhəddini keçməyə cəhd göstərərkən aşkar edilib saxlanılıb və barələrində müvafiq qərarlar qəbul edilib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti