...

Azərbaycana gəlmək istəyən 771 arzuolunmaz şəxs geri qaytarılıb

Cəmiyyət Materials 17 Mart 2023 11:15 (UTC +04:00)
Azərbaycana gəlmək istəyən 771 arzuolunmaz şəxs geri qaytarılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xarici ölkələrdən Azərbaycana gəlmək istəyən ümimilikdə 375 halda 771 nəfər arzuolunmaz şəxs qismində saxlanılaraq geri qaytarılıb.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan (qüsurlu sənəd) 6,2 min nəfər barəsində müvafiq qərarlar qəbul edilib. Xaric olunma faktı ilə 935 nəfər və ekstradisiya faktı üzrə 73 məfər qeydə alınıb.

Ölkədən çıxışlarına dair məlumat olmadığ üçün 251 nəfər və digər səbəblərdən 15 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti