Bakı. Trend:
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld işğaldan azad olunmuş Zəngilan rayonun Ağalı kəndindəki məktəbdə şagirdlərlə görüşüb.
Trend-in məlumatına görə, bu barədə səfir tvitter hesabında qeyd edib.
“Səməninin yaşıl cücərtisi kimi bu kənd də dağıntılar dövründən sonrakı həyatın ilk nişanələridir. Ağalıda uşaqlar Britaniya və Azərbaycanın birgə səyləri nəticəsində yenidən təhlükəsiz şəraitdə təhsil ala bilirlər”,- deyə bildirilib.
Xatırladaq ki, işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ötən ilin sentyabr ayında ilk dəfə dərs başlayıb.