...

Azərbaycanda daha 54 nəfər COVID-19-a yoluxub

Cəmiyyət Materials 19 Mart 2023 00:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 54 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, son sutkada ölüm halı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 217 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 756 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 308 nəfərdir.

Ölkədə son sutka ərzində 1249, hazırkı dövrədək isə 7 548 451 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti