...

Fazil Mustafanın müalicəsi davam edir - TƏBİB

Cəmiyyət Materials 29 Mart 2023 14:04 (UTC +04:00)
Fazil Mustafanın müalicəsi davam edir - TƏBİB
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Milli Məclisin deputatı Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Bildirilib ki, ötən gün yaşadığı evin qarşısında güllə yarası alan deputat Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər göstərilib.

Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti