...

Mərkəzi Gömrük Hospitalında Brayden markalı CPR manekenlərinin təqdimatı keçirilib

Cəmiyyət Materials 20 Aprel 2023 17:37 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında Brayden markalı CPR manekenlərinin təqdimatı keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən Mərkəzi Gömrük Hospitalı və Elmi Təcrübi Tədris Mərkəzi üçün alınmış ABS istehsalı olan Brayden tipli CPR manekenlərinin təqdimatı keçirilib.

Trend xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisləri, təcili yardım həkimləri, rezidentlər və könüllü gömrükçülər iştirak ediblər.

“İntremedika” şirkətinin mühəndisi Andrey Fedosov CPR manekenlərinin iş rejimi və texniki göstəriciləri barədə ətraflı məlumat verib, manekenin təlimlər və biliklərin yoxlanılması üçün istifadə edilməsinin mümkün olduğunu bildirib. Daha sonra mütəxəssislər, rezidentlər və könüllü gömrükçülər tərəfindən ilk sınaqlar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti