...

AZAL-ın Naxçıvan-Bakı reysini yerinə yetirən təyyarəsi texniki səbəbdən geri qayıdıb

Cəmiyyət Materials 12 May 2023 21:21 (UTC +04:00)
AZAL-ın Naxçıvan-Bakı reysini yerinə yetirən təyyarəsi texniki səbəbdən geri qayıdıb

Bakı. Trend:

"Azərbaycan Hava Yolları"nın J2-256 nömrəli Naxçıvan-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, təyyarə saat 20:20-də Naxçıvan Beynəlxalq Hava Limanında eniş edib.

Gecikmə zamanı sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti