Bakı. Trend:
2022-ci ildə Azərbaycanda məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üçün ayrılan vəsaitin məbləği açıqlanıb.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.
Layihəyə əsasən, qeyd olunan istiqamətdə 2 366 651 606 manat
vəsait xərclənib.
Həmin vəsaitin 128 916 786 manatı məhkəmə hakimiyyətinə, 1 771 305
245 manatı hüquq-mühafizə orqanlarına, 110 046 192 manatı
prokurorluq orqanlarına, 8 186 177 manatı məhkəmə qərarlarnın
icrası, 6 049 725 manatı hüquqi yardım, 342 147 481 manatı məhkəmə
hakimiyyəti, hüquq mühafizə va prokurorluq sahələrinə aid edilən
digər faaliyyətlər üzrə xərclənib.