...

IT-AROMA: süni intellekt və aromterapiya sağlamlığınızın keşiyində (FOTO/VİDEO)

Cəmiyyət Materials 31 May 2023 17:55 (UTC +04:00)
IT-AROMA: süni intellekt və aromterapiya sağlamlığınızın keşiyində (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanın paytaxtında Bridge Plaza otelində velnes-xidmətlər bazarında yeni innovativ IT-AROMA məhsulu təqdim edilmişdir. Bu, daxilində aromaterapiya əlavələri olan İT-texnologiyaların süni intellektlə inqilabi qarışımı sağlamlığın və psixoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.

Seminarı bədən orientirli aromagenetika sahəsində tanınmış beynəlxalq ekspert, aromatoloq, psixosomoloq, Şərq təbabətinin ən qədim sənətlərinin ustadı, həmçinin tibbi mühəndislik sahəsinin tədqiqatçısı Aleksey Leonidoviç Aleksandrov (Avropa) aparmışdı. O, zəngin təcrübə və peşəkarlığa əsaslanaraq inteqrativ teletibb çərçivəsində uğurla İT-Aroma konseptini işləyib hazırlamışdı.

Aromaterapiya efir yağları vasitəsilə insan orqanizminə təsir etmənin ən qədim metodlarından biridir. Bu metod bizim günlərdə İT-texnologyalar və süni intellekt hesabına sağlamlıq və əmin-amanlığa novator yanaşmaya təkan verir.

İT-Aroma, aromayağlar bazarının aparıcı beynəlxalq şirkətlərindən biri olan doTERRA ilə əməkdaşlığın nəticəsinsə işlənib hazırlanmışdır. Təməli 2008-ci ildə qoyulmuş doTERRA şirkətinin əsas məqsədi dünyaya ən təmiz efir yağları təqdim etməkdir. Şirkət son elmi innovasiyaları istifadə edir və Certified Pure Tested Grade™ sinif məhsullarını təqdim etmək üçün ciddi keyfiyyətə nəzarət prosedurlarını icra edir.

Mayın 22-də Aleksey Leonidoviç "ELF Health Center"-də sertifikatlaşdırılmış ARōMATOUCH TECHNIQUE®️ kursu üzrə praktiki seminar keçirtmişdi. Seminar doktor Devid K.Hillin (ABŞ) sağlamlığın əsas faktorlarının idarəedilməsinə klinik yanaşma təklif edən müəllif metodikasına əsaslanır. Bu yanaşma ÜST tərəfindən rəsmi olaraq tanınıb və uğurla bütün dünyanın tibb müəssisələri, bərpa terapiyası və reabilitasiya mərkəzlərində tətbiq edilir.

Həmçinin Aleksey Leonidoviç sahibkarlar, rəhbərlər, səhiyyə mütəxəssisləri, psixoloqlar, biznes-təlimçilər, masaj üzrə mütəxəssislər və digər peşə sahiblərinin böyük maraqla qarşıladığı bir sıra aktual treninqlər keçirib.

Seminarlar professional, şəxsi, və şəxslər arası inkişafa yönəlmiş vacib mövzuları əhatə edirdi:

"Gəlirin zəmanətlə artmasına doğru 7 addım" - iqtisadi rifahın yaxşılaşdırılması üçün konkret effektiv strategiyalar və metodikalar açıqlanmşdır.

"Münasiblətlərin anatomiyası və ya qadın seksuallığının 6 açarı" - iştirakçılara şəxsi tələbatı və partnyorun tələbatını daha yaxşı anlamağa kömək edən münasibətlərin və seksuallığın mürəkkəb aspektləri müzakirə edilmişdir.

"Münasibətdə nəslin lənəti. Karma borcları ilə iş" - qarşılıqlı münasibətlərdə indiki zamana və gələcəyə necə təsir edilə bilməsini anlamaq istəyənlərdə böyük maraq oyadaraq bu məsələlərlə bağlı yeni iş metodikaları təklif edir.

Bu kursların işlənib hazırlanması zamanı innovativ İT-texnologiyaları istifadə olunmuşdur ki, bu da iştirakçılara tədris prosesindən istənilən nəticəni tez və maksimum əldə etmək imkanı verdi. Bununla tədris prosesinin yaxşılaşdırılmasında texnologiyaların rolu vurğulandı və bu prosesi daha interaktiv və maraqlı etdi.

Bununla bağlı bu tədbirlərin təşkilində bizə əvəzolunmaz yardım edən İT-Aroma şirkətinin həmtəsisçisi, İT-konsultant və aromakouç Oksana Stepenko ilə ünsiyyətdə olduq. Oksana bizimlə öz təcrübəsi və bu sahədə İT-texnologiyaları və aromaterapiyanın gələcəyi haqda öz düşüncələrini paylaşdı:

"Mən fiziki, psixoloji və mental sağlamlıqda ən yaxşı və uzunmüddətli nəticələr əldə etmək üçün texnologiyalarla aromaterapiyanın inteqrasiyasının böyük potensialına güvənirəm və bizim İT-Aroma ilə işimiz - bu yolun başlanğıcıdır.

Təklif etdiyimiz terapiya metodu preventiv tibb, orqanizmin sağlamlaşması və həyat keyfiyyətini yaxşılaşdırılması üzrə xidmətlər təklif edən velnes-mərkəz və klinikalar arasında getdikcə daha geniş yayılır. Onlar həmçinin teletibb sahəsində geniş istifadə olunur.

Məqsədimiz – sağlam həyat tərzini hər kəs üçün sadə və əlçatan etməkdir. Aleksey Leonidoviçin rəhbərliyi altında keçirilmiş seminar və treninqlər texnologiyaların yeni bilik və bacarıqların mənimsəməsində necə kömək etdiyinin bariz nümunəsidir.

Biz iştirakçıların geri dönümü və əldə edilmiş bilikləri gündəlik təcrübədə tətbiq etmək cəhdlərindən böyük təəssürat aldıq. Bu, bizim doğru yolda yürüdüyümüzü və bizim işimizin insanların həyatını yaxşıya doğru dəyişdiyini bir daha təsdiq edir. Bunu görmək mənim üçün çox vacibdir.

Texnologiyalar dünyanı dəyişir, səhiyyə sahəsi və velnes də istisna deyil. Mən bu prosesə töhfə verməyimiz və insanların həyat keyfiyyətinin yaxşılaşdırması ilə fəxr edirəm.

Aleksey Aleksandrovun bütün elmi məqalələri ilə siz linklərdən keçib tanış ola bilərsiniz:

http://dspace.khazar.org/handle/20.500.12323/6580

http://dspace.khazar.org/handle/20.500.12323/6579

http://dspace.khazar.org/handle/20.500.12323/6578

http://dspace.khazar.org/handle/20.500.12323/6577

http://dspace.khazar.org/handle/20.500.12323/6575

http://dspace.khazar.org/handle/20.500.12323/6539

Xəbər lenti

Xəbər lenti