...

Ümumdünya Səhiyyə Təşkilatı 75 illik yubileyini qeyd edir (FOTO)

Cəmiyyət Materials 31 May 2023 20:14 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatı 75 illik yubileyini qeyd edir (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi ÜST-nin 75 illiyinə həsr olunmuş tədbir təşkil edib.

Trend-in məlumatına görə, bu əlamətdar hadisəni ÜST-nin əməkdaşları yerli səhiyyə tərəfdaşları, diplomatik missiya üzvləri və BMT agentliklərinin nümayəndələri ilə birlikdə qeyd edib.

7 aprel 1948-ci ildə yaradılan Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyada sağlamlığın təşviqi, xəstəliklərin qarşısının alınması və səhiyyə xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması üzrə öhdəlik götürmüş aparıcı beynəlxalq təşkilatdır. 75 il ərzində Ümumdünya Səhiyyə Təşkilatı insanların həyatını xilas etmək, səhiyyə sistemini gücləndirmək və ictimai sağlamlıq problemlərinin həllində sarsılmaz fədakarlıq nümayiş etdirməklə qlobal sağlamlığa mühüm töhfələr verib.

Tədbir ÜST-nin mühüm nailiyyətlərini qeyd etmək, əməkdaşlığı vurğulamaq və gələcək səylər üçün fəaliyyətləri müəyyən etmək üçün imkan yaradıb.

Açılış nitqi ilə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı bütün iştirakçıları salamlayıb və ÜST-nin Azərbaycandakı fəaliyyətindən bəhs edib.

Tədbirdə ÜST-nin tarixi və fəaliyyəti haqqında məlumatlılığı artırmaq üçün maarifləndirici viktorina və zəruri bacarıq olan və həyatlar xilas edən ürək masajını öyrətmək üçün təlim təşkil olunub.

Tədbir musiqili-bədii kompozisiya ilə yekunlaşıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti