...

Xaçmaz rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 1 İyun 2023 17:09 (UTC +04:00)
Xaçmaz rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

Xaçmaz şəhərindəki Zəfər parkında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi təşkil olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Sevil Mikayılova, şəhid ailələrinin övladları, ümumtəhsil məktəblərinin şagirdləri, uşaq bağçalarının kollektivləri və balaca fidanlar iştirak ediblər.

Məktəblilərin müxtəlif mövzularda çəkdikləri rəsm əsərləri, mədəniyyət müəssisələrinin kitab sərgisi, nağıl personojlarının səhnəcikləri, məktəblilərin əl işləri və idmançıların nümünəvi çıxışları sakinlər tərəfindən maraqla izlənilib.

Xaçmaz Rayon İcra Hakimiyətinin başçısı Elnur Rzayev uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbətlə yanaşdığını, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini vurğulayıb.

Milli Məclisin deputatı Sevil Mikayılovada 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə körpələri təbrik edərək, uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi üçün həyata keçirilən layihələrdən danışıb.

Tədbirdə dərs ili ərzində təhsildə fərqlənən uşaqlar fəxri fərmanla mükafatlandırılıb. Eyni zamanda şəhid övladlarına Xaçmaz Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.

Bayram şənliyi Zəfər parkında gəzinti və maraqlı konsert proqramı ilə davam edib. Balaca fidanların yaratdığı kompazisyalar, rəqslər, şeirlər və xorla ifa edilən mahnılar iştirakçılarda xoş ovqat yaradıb.

Xəbər lenti

Xəbər lenti