...

Novruz Aslanov seçicilərini qəbul edib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2023 16:13 (UTC +04:00)
Novruz Aslanov seçicilərini qəbul edib (FOTO)

Bakı. Trend:

İyun ayının 2-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərinin qəbulunu keçirib.

Trend xəbər verir ki, millət vəkilinin İsmayıllı şəhərində yerləşən ofisində keçirilən qəbulda 20-ə yaxın seçici iştirak edib.

Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb, deputat bəzi məsələlərlə bağlı öz tövsiyələrini verib. Şəxsi məişət problemlemləri ilə bağlı bir neçə məsələ yerində həll olunub. Həmçinin sosial müdafiə məsələləri, digər cari məsələlərlə bağlı da müraciətlər edilib.

Deputatın səlahiyyətinə aid olmayan məsələlər qeydiyyata alınıb və əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti