...

Bu gün 31 dərəcə isti qeydə alınıb - Faktiki hava

Cəmiyyət Materials 2 İyun 2023 19:23 (UTC +04:00)
Bu gün 31 dərəcə isti qeydə alınıb - Faktiki hava

Bakı. Trend:

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 2-si saat 19:00-a olan məlumatına əsasən Daşkəsən, Balakən, Gədəbəy, Gəncədə şimşək çaxıb, arabir yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, Aran rayonlarında 28-31, dağlıq rayonlarda 17-19 dərəcə isti qeydə alınıb.

Çaylarda nisbətən sabit sululuq müşahidə olunub, lakin Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 5 sm, Qarasuçay-Zərdabda 3 sm, Kür-Surrada 2 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 1 sm artıb.

Xəbər lenti

Xəbər lenti