...

Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbi qulluqçuları Türkiyədə kurslarda iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 3 İyun 2023 01:52 (UTC +04:00)
Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbi qulluqçuları Türkiyədə kurslarda iştirak ediblər (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasında Jandarma Baş Komandanlığının Jandarma Logistika, Texniki və Köməkçi Şöbələr Təhsil Mərkəzi tərəfindən təşkil edilən kurslarda iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, xüsusi Riskli Xilasetmə Xidmətinin 6 əməkdaşı Ankara şəhərində təşkil olunmuş kurslarda tədrisi uğurla başa vuraraq xidməti yerlərinə qayıdıblar. Əməkdaşlar tədris müddətində bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə yanaşı, kurslarda Azərbaycan tarixi haqqında geniş təqdimatlar veriblər.

Kursun yekununda əməkdaşlara təlim-tədris prosesini uğurla bitirmələri barədə sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti