...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 3 İyun 2023 21:12 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

İyunun 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 68 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 18, ikinci doza vaksinlərin sayı 32, üç və daha çox doza vaksinlərin sayı 18, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 0-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 965 min 826, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 525, ikinci mərhələ üzrə 4 milyon 883 min 928, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 136, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 237-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti