...

Şagirdlərin təhsildən yayınma halları minimuma endirilib - Nazirlik

Cəmiyyət Materials 5 İyun 2023 12:19 (UTC +04:00)
Şagirdlərin təhsildən yayınma halları minimuma endirilib - Nazirlik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yerli idarələr vasitəsilə şagirdlərin təhsildən yayınma halları minimuma endirildi.

Trend-in məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən görüşdə deyib.

O qeyd edib ki, bununla bağlı məktəblərdə aylıq monitorinqlər keçirilib.

“İlk dəfədir ki, bu prosses diqqətlə izlənilib. Bu halın yaranmasının səbəblərindən biri əhalinin kənd təsərrüfatıyla məşğul olması səbəbindən yaşayış yerini dəyişməsidir”,- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti