...

Qayalıq ərazilərdə döyüş texnikasının təhlükəsiz hərəkəti üçün yeni təminat yolları çəkilib - MN

Cəmiyyət Materials 6 İyun 2023 15:10 (UTC +04:00)
Qayalıq ərazilərdə döyüş texnikasının təhlükəsiz hərəkəti üçün yeni təminat yolları çəkilib - MN

Bakı. Trend:

Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə cari il ərzində 9 km-dək yeni təminat yolları çəkilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, 38 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.

Qeyd olunub ki, mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti