...

Elnur Rzayev Yalama kəndində səyyar qəbul keçirib (FOTO)

Cəmiyyət Materials 6 İyun 2023 20:18 (UTC +04:00)
Elnur Rzayev Yalama kəndində səyyar qəbul keçirib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Yalama kəndində səyyar qəbul keçirib.

Xaçmaz RİH-dən Trend-ə verilən məlumata görə, qəbulda Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndələyinə daxil olan Düztahiroba, Xanoba, Ortaoba, Səlimoba, Ukuroba, Yaquboba və Zuxuloba kəndlərinin sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə Yalama kəndində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib.

Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər kəndlərarası yolun təmiri, yeni salınan yaşayış massivinin qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, suvarma suyuna olan ehtiyacın ödənilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti