...

Xaçmazın Ağyazı Buduq kəndində səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 8 İyun 2023 15:26 (UTC +04:00)
Xaçmazın Ağyazı Buduq kəndində səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Ağyazı Buduq kəndində qəbul keçirib.

Xaçmaz RİH-dən Trend-ə verilən məlumata görə, qəbulda hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxsləri eləcədə Hacıəlibəy, Ağyazı Buduq, Bayoba, Suxtalaqışlaq kəndlərinin və Arzu qəsəbəsinin sakinləri iştirak edib.

Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri Ağyazı Buduq kəndində şəhid Əlibala Zəkəryəyevin büstünü ziyarət edib.

Daha sonra vətəndaşların müraciəti və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, su təchizatın yaxşılaşdırılması, yolların təmiri və məktəb binasının yenilənməsi ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Elnur Rzayev səyyar qəbuldan sonra Ağyazı Buduq kənd tam orta məktəbinin mövcud vəziyyəti ilə tanış olub, təhsil ocağının müəllim kollektivi ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti