...

Taksilər üçün yeni rüsumlar məyyən edilir - MƏBLƏĞLƏR

Cəmiyyət Materials 12 İyun 2023 11:00 (UTC +04:00)
Taksilər üçün yeni rüsumlar məyyən edilir - MƏBLƏĞLƏR
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları məyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağədakı kimi müəyyən edilir.

- Taksi minık avtomobilləri ılə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 125 manat

- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 25 manat

- Azərbaycan Respublıkası ilə xarıcı olkələr arasında avtomobıl nəqliyyatı ılə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 250 manat

- Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 75 manat

- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi: 3000 manat

Bu Qanun 2023-cü il oktyabrın1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti