...

Bakıda taksilərin təxmini sayı açıqlanıb

Cəmiyyət Materials 12 İyun 2023 13:48 (UTC +04:00)
Bakıda taksilərin təxmini sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Məlumatlara əsasən, Bakı şəhərində təqribən 67 min taksi fəaliyət göstərir.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, taksi sürücülərinin ortalama iş saatı 14-15 saatdır. “Məqsədimiz ondan ibarətdir ki, iş saatı azaldılsın, 8 saat edilsin. Yəni qiymətlərin tənzimlənməsi hesabına sürücülər nə qazancından, nə də işindən məhrum olacaqlar”, - deyə o əlavə edib.

Qeyd edək ki, qanunvericiliyə təklif edilən dəyişikliyə əsasən, taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları, buraxılış kartları, buraxılış vəsiqələri və digər tələblər müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti