Krakov. Trend:
Avropa Oyunlarının açılış mərasimində iştirakçı komandaların rəsmi keçidi olub.
Trend xəbər verir ki, Azərbaycan komandası da paradda iştirak edib.
Ölkənin adı yazılan lövhəni və bayrağı Yaylagül Ramazanova (oxatma) ilə Barat Quliyev (qılıncoynatma) daşıyıb.
Qeyd edək ki, Azərbaycan idmançıları Avropa Oyunları zamanı Polşanın 5 müxtəlif şəhərində mübarizə aparacaqlar.
Rəsmi keçidə yalnız Krakovdakı yarışlarda iştirak edəcək idmançılar qatılıblar.