Bakı. Trend:
"Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində iştirak edən 343 nəfərdən 255-i ali təhsil müəssislərinə qəbul imtahanlarında 500-dən çox bal toplayanlardır.
Trend xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqənin yarımfinal mərhələsinin açılış mərasimində deyib.
O bildirib ki, həmçinin iştirakçıların 50 nəfəri magistr, 37 nəfəri isə bakalavr təhsilini xaricdə tamamlayıb:
"Onu da qeyd edim ki, iştirakçıların üçdə ikisi artıq ikinci və üçüncü dəfədir müsabiqədə iştirak edirlər. Bu da yarımfinal və final mərhələsinin nə dərəcədə ciddi keçəcəyindən xəbər verir".