...

Vərəsəliyə dair sənəd verməkdə təqsirləndirilən şəxslər barədə cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 10 Avqust 2023 15:12 (UTC +04:00)
Vərəsəliyə dair sənəd verməkdə təqsirləndirilən şəxslər barədə cinayət işi məhkəməyə göndərilib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Vərəsəliyə dair qanunsuz sənəd verməkdə təqsirləndirilən şəxslər barədə cinayət işi məhkəməyə göndərilib.

Trend xəbər verir ki, bu barədə Babək rayon prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, xəbər verildiyi kimi, mayın 8-də Babək rayon İcra Hakimiyyəti başçısının Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldəniz Hümbətov və onun müavini İntizam Məmmədlinin qanunsuz əməlləri barədə Babək rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Toplanmış sübutlarla Eldəniz Hümbətov və İntizam Məmmədlinin qeyd olunan vəzifəsində işlədiyi zaman 2018-il iyulun 31-də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vərəsəlik hüququnun tanınması üçün qanunsuz sənəd vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Eldəniz Hümbətov və İntizam Məmmədliyə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə ittiham elan edilərək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Babək rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti