...

Bakıda günvurma ilə bağlı müraciətlərin sayı açıqlanıb

Cəmiyyət Materials 12 Avqust 2023 21:34 (UTC +04:00)
Bakıda günvurma ilə bağlı müraciətlərin sayı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 7-11 avqust tarixlərində günvurma ilə bağlı 17 müraciət daxil olub.

Trend-in məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlardan 10 nəfəri qadın, 7 nəfəri kişidir.

"Müraciət edən şəxslərdən 13 nəfəri böyük, 4 nəfəri uşaqdır. Ümumilikdə müraciət edən şəxslərdən 11 nəfəri hospitalizasiya edilib",-deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti