...

54 yaşlı qadını qatar vurub öldürdü

Cəmiyyət Materials 16 Avqust 2023 19:22 (UTC +04:00)
54 yaşlı qadını qatar vurub öldürdü

Bakı. Trend:

Salyanda qadını qatar vurub.

Baş prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, avqustun 16-sı saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xəttinin Salyan şəhəri ərazisindən keçən 45-ci km-də hərəkətdə olan qatar 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı vurub.

Nəticədə qadının almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti